Deputat: "Fərəc Kərimlinin Ukraynada döyüş təcrübəsini bölüşməsi cinayət məsuliyyəti yarada bilər"

Deputat: "Fərəc Kərimlinin Ukraynada döyüş təcrübəsini bölüşməsi cinayət məsuliyyəti yarada bilər"
18 May 2022
Mətni dəyiş

“Vətəndaşlarımızın öz təşəbbüsləri ilə başqa bir ölkədə Azərbaycan dövlətinin mövqeyini nəzərə almadan silahlı münaqişəyə qoşulması milli maraqlarımıza ziddir" 

Bu sözləri millət vəkili Bəhruz Məhərrəmov Müsavat Partiyasının başqan müavini Fərəc Kərimlinin Ukraynada döyüş təcrübəsi bölüşməsinə münasibət bildirərkən deyib. Məhərrəmov bildirib ki, 44 günlük müharibə dövründə bizim ordu sıralarında Azərbaycan vətəndaşlarından başqa kimsə olmadı. "Həssas bir dönəm yaşayırıq. Xüsusən də indiki mürəkkəb geosiyasi situasiyada bütün maraqlardan öndə öz dövlətimizin mənafelərinin dayandığını unutmamalıyıq. Münaqişədə kombatant kimi iştiraka gəlincə, bu, birmənalı olaraq yolverilməzdir. Azərbaycan vətəndaşları yalnız Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada sərhədlərimiz xaricində hərbi əməliyyatlara cəlb oluna bilərlər. Unutmayaq ki, 44 günlük müharibə dövründə bizim ordu sıralarında Azərbaycan vətəndaşlarından başqa kimsə olmadı", - deyə o, əlavə edib.
Deputat qeyd edib ki, Azərbaycan dövləti və vətəndaş cəmiyyəti tərəfindən qardaş Ukrayna xalqına hərbi məqsəd daşımayan humanitar yardım olunub: “Cinayət Məcəlləsində qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratmanı ehtiva edən 279-cu maddə var. Habelə, müharibə cinayəti kimi muzdluluğu ehtiva edən 114-cü maddə var. Yəni Azərbaycan vətəndaşının dini radikalizm və məzhəblərlə bağlı olmayaraq, başqa ölkədə silahlı münaqişələrdə iştirakı milli maraqlarımıza və təhlükəsizliyimizə təhdid yaradır. Buna görə də işin hallarından asılı olaraq sadaladığım maddələrdən biri ilə cinayət məsuliyyətinə cəlb edilə bilər. Əgər əməl məsuliyyət yaradırsa, təbii ki, bu əmələ təşviq edən çağırış da məsuliyyət yaradır. Yəni vətəndaşlarımız, xüsusən siyasətçilər qeyd etdiyimiz məsələləri və daşıyacağı məsuliyyəti anlamalıdır. Konstitusiyamızın 72-ci maddəsində də vurğulandığı kimi, qanunu bilməmək məsuliyyətdən azad etmir” Fərəc Kərimli İkinci Qarabağ Müharibəsində xüsusi fərqləndiyi üçün bir neçə mükafa layiq görülüb. O, bu günlərdə sosial şəbəkə hesabında paylaşım edərək Ukraynada oldğunu bildirib: "Dostlar, artıq bir aydan çoxdur vətəndən ayrıyam. Ukraynadan dostların dəvəti ilə həm vəziyyətlə yerində tanış olmaq üçün, həm Müsavat Partiyası adından, Azərbaycanda Ukraynaya dəstək verən hər kəsin dəstəyini ifadə etmək, həm də təcrübə mübadiləsi üçün Ukraynaya gəldim", - deyə o, qeyd edib. Kərimli bildirib ki, o, döyüşlərdə iştirak etməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun