Daha bir cəbhəçinin həbs edildiyi deyilir

Daha bir cəbhəçinin həbs edildiyi deyilir
30 May 2022
Mətni dəyiş

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gəncə Şəhər Şöbəsinin üzvü Razi Alışovun polis əməkdaşları tərəfindən saxlanıldığı deyilir.  Bu barədə partiyadan məlumat verilib. Bildirilib ki, Razi Alışovun evində axtarış aparılıb, anasına ağ kağıza qol çəkdiriblər. Qeyd olunub ki, Alışov narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunur. Partiya hesab edir ki, bu ittihamlar quramadır və Razi Alışovun siyasi fəaliyyətinə görə onu cəzalandırırlar. Hələlik məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin rəsmi açıqlaması yoxdur. Prezident İlham Əliyevin mayın 27-də imzaladığı əfv fərmanı ilə 2 AXCP üzvü həbsdən azad edilib, ancaq hələ də bir neçə partiya üzvü uzunmüddətli həbs həyatı yaşayır. Partiya, yerli və beynəlxalq təşkilatlar bu şəxsləri siyasi məhbus hesab edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun