Britaniya Müdafiə Nazirliyi: "Rusiyanın ordudakı itkiləri bərpa etməsi illər çəkəcək"

Britaniya Müdafiə Nazirliyi: "Rusiyanın ordudakı itkiləri bərpa etməsi illər çəkəcək"
2 May 2022
Mətni dəyiş
Britaniya Müdafiə Nazirliyi Ukraynada baş verənlərin gündəlik xülasəsində Rusiya Silahlı Qüvvələrinin işğalın başlanğıcından bəri verdiyi itkiləri dəyərləndirməyə çalışıb. Britaniya Müdafiə qurumunun hesablamalarına görə, işğalın əvvəlində Rusiyanın 120-dən çox batalyon taktiki qrupları var idi ki, bu da onun ümumi quru döyüş gücünün təxminən 65 faizini təşkil edirdi. Mayın əvvəlinə İngiltərə Müdafiə Nazirliyinin məlumatına görə, bu bölmələrin dörddə birindən çoxu sıradan çıxarılıb. Rusiya ordusunun elit bölmələri, məsələn, hava-desant qoşunları digərlərindən daha çox zərər görüb. Hesabatda deyilir: “Rusiyaya bu qüvvələri yenidən yaratmaq üçün çox güman ki, illər lazım gələcək”. [embed]https://twitter.com/DefenceHQ/status/1520987841702080512?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1520987841702080512%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fmeduza.io%2Fnews%2F2022%2F05%2F02%2Fminoborony-velikobritanii-rossii-potrebuyutsya-gody-chtoby-vosstanovit-poteri-vooruzhennyh-sil-v-voyne-v-ukraine[/embed] Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukraynada iki aydan artıq davam edən müharibənin başlanmasından indiyədək Rusiya ordusunun itkiləri barədə cəmi iki dəfə məlumat verib. Sonuncu dəfə bu, bir aydan çox əvvəl, martın 25-də olub. O zaman Müdafiə Nazirliyi 1351 nəfərin həlak olduğunu, 3825 nəfərin yaralandığını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun