4 May 2022
Mətni dəyiş
Böyük Britaniya sanksiya siyahısına daha 63 fiziki şəxs və şirkət daxil edib. Bu barədə ölkə hökumətinin saytı məlumat yayıb.
Məhdudiyyətlər siyahısına Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin aparıcısı Nailə Əsgərzadə, müharibə müxbirləri Yevgeni Poddubnı və Aleksandr Kots, “Rosneft”in vitse-prezidenti Mixail Leontyev, Birinci Kanalın Direktorlar Şurasının sədri Maksim Oreşkin, ˝Otkritie˝ bankının idarə heyəti Mixail Zadornov daxil edilib.
Sanksiyaya məruz qalan şirkətlər arasında ˝VGTRK˝, Kamaz, həmçinin Gennadi Timçenkonun ˝Volqa˝ Qrupunun investisiya şirkəti var.
Bundan əlavə, Böyük Britaniya yerli təşkilatlara Rusiyaya idarəetmə konsaltinqi, mühasibatlıq və PR sahəsində xidmət göstərməyi qadağan edib.
Ukraynada müharibə başlayandan bəri Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını 18 dəfə genişləndirib. İndi həmin siyahıda 1,4 minə yaxın fiziki və şirkəti var.