“Borjomi”də kütləvi ixtisarlar başlayıb: "Şirkət bu gün çətin vəziyyətlə üz-üzədir"

“Borjomi”də kütləvi ixtisarlar başlayıb: "Şirkət bu gün çətin vəziyyətlə üz-üzədir"
5 May 2022
Mətni dəyiş

Gürcüstanın “IDS Borjomi” şirkəti 49 əməkdaşını işdən azad edib. Bu barədə şirkətdən bildirilib.

Qeyd olunub ki, şirkət bu gün çətin vəziyyətlə üz-üzədir.

Şirkət hazırkı vəziyyəti anlayışla qəbul edən işçilərinə təşəkkür bildirib və növbəti ixtisarların olmayacağına ümidvarlıq ifadə edib.

“Biz ilk növbədə şirkəti xilas etmək və iş yerlərini mümkün qədər saxlamaq üçün əlimizdən gələni edirik”, - şirkətin məlumatında deyilir.

Ötən gün şirkət əməkdaşları aksiya keçirərək rəhbərliyin təklif etdiyi yeni müqavilənin şərtlərinə etiraz bildiriblər.

“IDS Borjomi” şirkətinin iki qablaşdırma zavodunda istehsal prosesi aprelin 30-dan müvəqqəti dayandırılıb. Şirkət səhmlərinin Rusiyaya məxsusluğu səbəbindən sanksiyalara məruz qalıb və ciddi maliyyə problemləri ilə üzləşib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun