Bu gün Ukrayna və bu ölkənin xalqı demokratiya uğrunda mübarizədə ön cəbhədədir və onların mübarizəsi demokratiya və mütləqiyyət, azadlıq və repressiyalar, çoxlarının həyatlarına və azadlıqlarına hakim olmağa can atanların iştahları və ambisiyaları arasında mübarizənin bir hissəsidir.
Bu barədə ABŞ prezidenti Co Bayden bazar ertəsi bildirib.Eyni zamanda Bayden ABŞ-ın Ukraynaya Rusiyaya zərbə endirə biləcək raket kompleksləri göndərmək niyyətində olmadığını vurğulayıb.
Öz növbəsində, Ağ Evin nümayəndəsi ABŞ-ın Ukraynaya yaylım atəşli raket sistemləri verəcəyinə, amma bu sistemlərin Rusiya ərazilərini vura bilməyən sistemlər olacağına dəqiqlik gətirib.