Bakıda bir nəfər özünü polis bölməsinin pəncərəsindən atıb

Bakıda bir nəfər özünü polis bölməsinin pəncərəsindən atıb
11 May 2022
Mətni dəyiş

Daxili İşlər Nazirliyinin Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs özünü binanın ikinci mərtəbəsindən atıb.

Bu barədə yerli mətbuatda məlumatlar yayılıb. Daxili İşlər Nazirliyi də fatı təsdiqləyib. Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində özünə xəsarət yetirən şəxs narkotik aludəçisidir, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir: “Qaçmağa cəhd göstərərkən yıxılaraq xəsarət alıb. Müvafiq xəstəxanaya yerləşdirilib. Müalicəsi davam etdirilir”.

Ötən gün bölməyə gətirilən 1994-cü il təvəllüdlü Abbasov Təbriz Elbrus oğlu binanın ikinci mərtəbəsində özünü pilləkəndən yerə atıb. T.Abbasov müxtəlif bədən xəsarətləri ilə bölmənin polis əməkdaşlarının nəzarəti altında 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun