13 May 2022
Mətni dəyiş
Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Xəlifə bin Zayed Əl Nəhyan uzun sürən xəstəlikdən sonra 73 yaşında vəfat edib. Bu barədə WAM dövlət agentliyi məlumat yayıb.
“Prezident İşləri Nazirliyi BƏƏ, ərəb və islam xalqlarına və bütün dünyaya liderimiz, ölkənin hamisi, dövlətin prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Əl Nəhyanın bu gün, mayın 13-də vəfatı barədə elan edir", - məlumatda deyilir.
Birləşmiş Ərəb Əmirlikləri prezidentinin vəfatı ilə əlaqədar ölkədə 40 günlük matəm elan edilib. Bu gündən etibarən nazirlik, idarə, müəssisə və özəl sektorda 3 gün müddətində işlər dayandırılıb.
Xəlifə bin Zayed Əl Nəhyan 2004-cü ildən dövlət başçısıdır. Bundan əvvəl ölkəyə onun atası Zayed Əl Nəhyan rəhbərlik edirdi. Ata Əl Nəhyan 1971-2004-cü illərdə əyaləti idarə edən BƏƏ-nin qurucusudur.
BƏƏ-nin ikinci prezidenti "Forbes" jurnalına görə 15 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamlarından biri olub və onun ailə üzvlərinin sərvəti 150 milyard dollar qiymətləndirilir.