Azərbaycan dilinin, mədəniyyəti və tarixinin dünya ölkələrinə tanıdılması məqsədi ilə hansı işlər görülüb?

Azərbaycan dilinin, mədəniyyəti və tarixinin dünya ölkələrinə tanıdılması məqsədi ilə hansı işlər görülüb?
26 May 2022
Mətni dəyiş

Uzun illərdir Azərbaycan dili, mədəniyyəti və tarixinin dünya ölkələrinə tanıdılması məqsədi ilə müxtəlif addımların atılmasına dair xəbərlərlə rastlaşırıq. Ancaq görülən işlərin effektivliyi ilə bağlı ciddi suallar yaranır. Bu fəaliyyətin dövlət tərəfindən necə tənzimlənməsi isə aydın deyil.

Ancaq Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində nəzərdə tutulan tədbirlərin biri də bu istiqamətdə fəaliyyət planının hazırlanması və həyata keçirilməsi idi.

Hazırda bu işlərin taleyi sual altında, zamanında bu fəaliyyət planının hazırlanıb həyata keçirilməsinə məsul olan şəxslər isə məhkəmə çəkişmələrindədir.

Abzas Media məsələ ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə sorğu göndərib. Nazirlikdən sorğuya cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2020-ci ilə qədər mədəniyyət, incəsənət, tarix və mədəniyyət abidələrinin qorunması, nəşriyyat və kinematoqrafiya sahələrinin inkişafı, həmçinin ölkəmizin milli mədəni irsinin və multikultural dəyərlərinin dünyada təbliği, tanıdılması istiqamətində müxtəlif beynəlxalq və respublika əhəmiyyətli forumlar, konfranslar, simpoziumlar, sərgilər, festivallar, mədəniyyət günləri və digər tədbirlər keçirilib.

“Eyni zamanda, dövr ərzində həyata keçirilən tədbirlər, reallaşdırılan layihələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mədəniyyət sahəsinin inkişafı ilə əlaqədar müəyyən etdiyi dövlət siyasətinin, ölkə rəhbərliyi tərəfindən imzalanan fərman və sərəncamların oprativ icrasının, qarşıya qoyulan vəzifələrin və yeni dövrün tələblərinə uyğun səmərəli fəaliyyətin yüksək səviyyədə təşkilinə xidmət etmişdir”, - deyə cavabda bildirilib.

Jurnalist Nəzirməmməd Zöhrablı deyir ki, Azərbaycan prezidenti İlham Əliyevin 2013-cü ildə təsdiqlədiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” çərçivəsində bir sıra işlər görüblər.

Onun sözlərinə görə, bir sıra xarici ölkələrin bu istiqamətdəki inkişaf modeli öyrənilir və təbliğ olunurdu.

“Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asosiasiyası var. O illərdə bu təşkilatın nəzdində fəaliyyət göstərən Söz Azadlığının Müdadifə Fondunda fəaliyyət göstərirdim. Biz prezidentin təsdiq etdiyi proqram çərçivəsində xeyli işlər görürdük. Hazırda bilrəm ki, Azərbaycandan xaricdə də bu iş üzrə addımlar atılır, kitablar göndərilir, dərsliklər göndərilir. Amma bir sıra başqa ölkələrdə öz dillərinə münasibət müsbət mənada tamam fərqlidir. Burada xaricdə yaşayan azərbaycanlıların da vacib rolu var və onlar da Azərbaycan dilində danışmağa, təbliğ etməyə maraqlı olmalıdırlar”, deyə jurnalist Nəzirməmməd Zöhrablı bildirib.

Cəmil Həsənli

Cəmil Həsənli deyir ki, bu istiqamətdə bir sıra işlər görülüb, ancaq hətta ölkənin içində belə bu istiqamətdə problemlər qalmaqdadır.

Onun sözlərinə görə, bu istiqamətdə zəruri addımların atılmasına ehtiyac var.

“Müxtəlif vaxtlarda bir sıra işlər görülüb, ancaq bunların proqram çərçivəsində olub olmamasını bilmirəm. Məsələn, bu yaxınlarda Britaniyada kollektiv müəlliflərin Qarabağla bağlı bir kitabının təqdimatı oldu, ancaq məncə bu, proqram çərçivəsində deyildi. Ümumilikdə isə bu istiqamətdə problemlər hətta ölkənin içində də qalıb. Dil, dilin təbliği, tarixlə bağlı problemlər var ki, bunların həll edilməsi zəruridir”, - deyə tarixçi alim Cəmil Həsənli bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun