Azərbaycanda Ramazan bayramı qeyd edilir

Azərbaycanda Ramazan bayramı qeyd edilir
2 May 2022
Mətni dəyiş
Bu gün, mayın 2-si Azərbaycanda Ramazan bayramı qeyd edilir. 2022-ci il Ramazan ayının 1-i miladi təqvimlə aprelin 2-nə təsadüf edib. Ramazan ayı isə mayın 1-də başa çatıb. Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda mayın 2-si ( Hicri təqvimi ilə Şəvval ayının 1-i) və 3-ü artıq bayram günləri sayılır. Bu bayram ilə əlaqədar 2-3 may tarixləri Azərbaycanda qeyri-iş günüdür. İslam dininə görə, "Qurani-Kərim" Ramazan ayında nazil olduğundan bu ay müqəddəs sayılır. Bu dinə görə, həmin ayda oruc tutmaq vacib bilinir. Oruc tutmaq xəstələr, səfərdə olanlar, hamilə və uşaq əmizdirən qadınlar, ahıllar istisna olmaqla, bütün müsəlmanlara tövsiyə edilib. Bu ayda bəzi müsəlmanlar günün işıqlı vaxtlarında oruc tuturlar. Oruc tutan insanlar iftara qədər (axşama qədər) yemək və su qəbul etmirlər. Həmin müddətdə siqaret çəkmək, cinsi əlaqədə olmaq da, İslam qaydalarına görə, düzgün sayılmır. Oruc tutan insanın yalan danışması, rüşvət alması, başqasının haqqını tapdalaması da günah bilinir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun