Azərbaycanda daha bir hərbi qulluqçu intihar edib

Azərbaycanda daha bir hərbi qulluqçu intihar edib
27 May 2022
Mətni dəyiş

Azərbaycanda daha bir hərbi qulluqçu intihar edib. Hadisə Dövlət Sərhəd Xidmətində baş verib.  DSX məsələ ilə bağlı məlumat yayaraq bildirib ki,

Mayın 26-da Dövlət Sərhəd Xidmətinin  Horadiz sərhəd dəstəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Canmirzə Çingiz oğlu Şirəliyev xidmət yerindən kənarda intihar edib.

İlkin olaraq intiharın hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi ehtimal edilir.

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun