13 May 2022
Mətni dəyiş
Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Cosep Borrell bildirib ki, Avropa İttifaqı Ukraynaya əlavə 500 milyon avro hərbi yardım verəcək.
Borrelin sözlərinə görə, yardım Ukraynaya ağır silahlar, o cümlədən tanklar və artilleriya təchizatına yönəldiləcək. Bu paketlə Aİ-nin Ukraynaya yardımının ümumi məbləği iki milyard avroya çatacaq.
Borrell həmçinin əmin olduğunu bildirib ki, Rusiya neftinin idxalına Avropa embarqoları yaxın günlərdə razılaşdırıla bilər. Eyni zamanda, “Bloomberg” və “Politico”-nun məlumatına görə, Avropa bütün ölkələr üçün məqbul həlli tez bir zamanda tapa bilmədiyi üçün Rusiyaya qarşı sanksiyaların altıncı paketindən embarqonu çıxarmaq variantını nəzərdən keçirir.