ATƏT-in media azadlığı üzrə nümayəndəsi jurnalist Aytən Məmmədovaya hücumu pisləyib

ATƏT-in media azadlığı üzrə nümayəndəsi jurnalist Aytən Məmmədovaya hücumu pisləyib
10 May 2022
Mətni dəyiş

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeyro mayın 8-də jurnalist Aytən Məmmədovanın naməlum şəxs tərəfindən hücuma məruz qalması hadisəsini pisləyib.

Bu barədə ATƏT-in media azadlığı üzrə nümayəndəsinin 'Twitterin' hesabında deyilir.

“Mən bu insidentin sürətli və hərtərəfli araşdırılması üçün çağırış edirəm. Belə iyrənc hədə-qorxu hərəkətlər yolverilməzdir. Onun fikrinə görə, jurnalistlər öz işlərini təhlükəsiz şəkildə yerinə yetirməlidir”.

Hadisə mayın 8-i gecə saatlarında Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanında yerləşən binanın blokunda qeydə alınıb.

Belə ki, A.Məmmədova yaşadığı binanın blokunda liftə girən zaman bir nəfər onun arxasınca içəri daxil olub. Daha sonra həmin şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib.

Hücum edən şəxs A.Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.

Hadisə barədə Daxili İşlər Nazirliyinin "102" Zəng-Mərkəzinə müraciət edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun