6 May 2022
Mətni dəyiş
Qərbin beş sanksiyalar paketi Vladimir Putinin ˝döyüş maşınının˝ qarşısını ala bilməyib, lakin gözlənilən neft embarqosu Rusiyaya həlledici zərbə vura bilər.
Bu barədə “The Telegraph” yazıb. Britaniya qəzeti Putinin ən böyük səhvi və bunun üçün ödənilməli olacaq bədəldən danışıb.
Putin Qərbin Kremlin aqressiyası qarşısında Rusiyanın yeraltı yanacaqlarından asılılığa son verə biləcək qədər birləşəcəklərinə inanmasa da, Rusiyanın Buçadakı vəhşiliyindən, Volnovaxanın tamamilə dağıdılmasından, 600-ə yaxın dinc sakinin ölümünə səbəb olan dram teatrına hava hücumları və ˝Azovstal˝ın bombalanması da daxil olmaqla, Mariupolun mühasirəsi Qərb dünyasını Rusiya ilə bağlı fikrini dəyişməyə məcbur edib. Ən böyük sürpriz isə Aİ-nin nə qədər irəli getməyə hazır olması idi.
Belə ki, Avropa Parlamentinin sədri Ursula fon der Leyen Rusiya Federasiyasına qarşı altıncı sanksiyalar paketi çərçivəsində bütün Rusiya neftinin - xam və emal olunmuş neftin Aİ-yə idxalını tamamilə qadağan etməyi təklif edir. Eyni zamanda, o etiraf edib ki, Aİ-nin bir sıra üzvlərinin Rusiya neftindən ciddi asılılığı səbəbindən bu addımı atmaq asan olmayacaq, lakin Aİ “sadəcə buna getməlidir”.
Bundan başqa, Avropa gəmilərinin və şirkətlərinin Rusiya Federasiyasına öz neftini üçüncü ölkələrə nəqli zamanı yardım etmələrinə qadağa qoyulması nəzərdən keçirilir. Belə bir qərarın nəticələri Rusiya Federasiyası üçün ağlasığmaz olacaq, çünki ölkə ötən il ümumi gəlirin 45 faizini təşkil edən neft ixracından çox asılıdır.
˝Beləliklə, Aİ-nin enerji embarqosu Putinin ac ordusuna sərmayə qoymağa heç bir şeyinin qalmamasına səbəb olacaq˝.
Aİ 9 may tarixinə qədər Rusiya Federasiyasına qarşı yeni məhdudiyyətlər elan etməyi planlaşdırır. Yeni sanksiyalar Rusiyanın işğalının ilk günlərindən Ukraynaya qarşı faktiki olaraq müharibədə olan Belarusa da təsir edəcək.
Bundan əvvəl “The Economist”in analitikləri Rusiya ordusunun nə qədər “çürük” olduğunu qiymətləndirmişdilər. Məqalədə deyilirdi ki, Ukraynadakı rüsvayçılıq Rusiyanın fövqəldövlət statusuna dair son iddiasını sarsıdır.