Adil Qeybulla: "Dərmanların qiyməti əhalinin gəlirlərinə uyğunlaşdırılmalıdır"

Adil Qeybulla: "Dərmanların qiyməti əhalinin gəlirlərinə uyğunlaşdırılmalıdır"
17 May 2022
Mətni dəyiş

Artıq illərdir ki, Azərbaycanda dərmanların keyfiyyəti və qiymətləri ilə bağlı müxtəlif şikayətlər eşidilir. Üstəlik də, "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişikliyə əsasən, dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı 100 manatdan 150 manata qaldırılır.

Bu yaxınlarda artan dərman qiymətləri mövzusu jurnalist Şahvələd Çobanoğlunun yazdığı statusla yenidən gündəmə gəldi. Jurnalist deyirdi ki, Türkiyədən Azərbaycan pulu ilə 22 manata aldığı “YANUMET" (50-1000 tablet) dərman vasitəsitəsini Azərbaycanda 68 manata satırlar.

Lakin hökumətin əhalinin sağlamlaşdırılması istiqamətində qarşıya qoyduğu hədəflərə baxdıqda aydın olur ki, bu problem öz həllini tapmalı idi.

Ciddi ictimai-müzakirə doğuran mövzu ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə sorğu ilə müraciət etdik. Qurumdan bildirildi ki, Səhiyyə Nazirliyi dərmanların ancaq keyfiyyətinə nəzarət edir, qiymətinə yox. İcbari Tibbi Sığorta Agentliyindən isə sorğuya cavab olaraq qeyd edilib ki, onlar ancaq ambulator mülaicə zamanı təqdim olunan dərmanlara nəzarət edirlər və dərman qiymətlərini müəyyən etmirlər.

Azərbaycan Respublikasının Tarif Şurası isə sorğuya cavab olaraq bildirdi ki, qurum tərəfindən ölkədə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətinin tənzimlənməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2015-ci il tarixli 209 nömrəli Qəran ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na və Tarif (qiymət) Şurasının 21.07.2015-ci il tarixli 4 nömrəii Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimafa uyğun olaraq aparılır.

Cavabda, əlavə olaraq qeyd edilib ki, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınan “YANUMET" (50-1000 tablet) dərman vasitəsi Böyük Britaniyada və ABŞ-da istehsal edilir. Səhiyyə Nazirliyinin məlumatına əsasən, Türkiyə istehsalı “YANUMET” (50-1000 tablet) dərman vasitəsi ölkəmizdə dövlət qeydiyyatina alınmamışdır. Bu dərman vasitəsinin Türkiyədəki qiymətinin manatla ifadədə daha aşağı olması həmin dərman vasitəsinin yerli istehsal olması və Türkiyə lirəsinin məzənnəsi ilə əlaqədardır. Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində yerləşdirtin və qaydalara uyğun olaraq, istənilən şəxs dərman vasitəsinin qiymətinin hesab apara bilər.

Həkim, professor Adil Qeybulla deyir ki, Azərbaycanın dərman bazarında qayda-qanun yaradılmalıdır.


Həkim Adil Qeybulla

Onun sözlərinə görə, burada birinci növbədə dərman mallarının keyfiyyət parametrləri məsələsi öndə durur.
“Dərman materiallarının ictimaiyyətə açıq dövlət reyesteri olmalıdır. Burada dərman materialını istehsal edən ölkə, şirkət açıq olmalıdır ki, hər kəs məlumatlı olsun. Dərman Təhlükəsizliyi Konsepsiyası Milli Təhlükəsizlik Konsepsiyasının tərkib hissəsidir. Bu, millətin genofond məsələsidir. Hesab edirəm ki, Dərmanlar və Əcçzaçılar Haqqında qanunda bu məsələlər öz əksini dəqiq tapmalıdır. Biz pandemiya dövründə və pandemiyanın sonları başladıqda bu istiqamətdə addım görmədik və insanlar xeyli çətinliklə qarşılaşdı. İndi Rusiya-Ukrayna müharibəsinin fonunda yeni çətinliklər yarana bilər və buna hazırlıq görmək lazımdır. Dərman məhsullarının qiyməti əhalinin gəlirlərinə uyğunlaşdırılmalıdır. Ya onlar hansısa gömrük rüsumundan azad olunmalıdırlar, ya datasiya təqdim olunmalıdır ya da bəzi daha çox istifadə oluna  konkret dərmanlar İcbari Tibbi Sığorta Paketinə daxil edilməlidir”, - deyə həkim, professor Adil Qeybulla bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun