ABŞ səfirliyi jurnalistə hücumu pisləyib

ABŞ səfirliyi jurnalistə hücumu pisləyib
10 May 2022
Mətni dəyiş

ABŞ səfirliyi jurnalist Aytən Məmmədovaya hücumu pisləyib.

“Jurnalist Aytən Məmmədovaya edilən hücumu pisləyirik. Bu hücum Bakıda Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd olunmasından cəmi bir həftə sonra baş verib. Biz işi diqqətlə izləyirik və səlahiyyətli şəxsləri istintaq aparmağa və məsul şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq”, -   bu barədə səfirliyin "Facebook" səhifəsində deyilir. Hadisə mayın 8-i gecə saatlarında Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanında yerləşən binanın blokunda qeydə alınıb.

Belə ki, A.Məmmədova yaşadığı binanın blokunda liftə girən zaman bir nəfər onun arxasınca içəri daxil olub. Daha sonra həmin şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib.

Hücum edən şəxs A.Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.

Hadisə barədə Daxili İşlər Nazirliyinin "102" Zəng-Mərkəzinə müraciət edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun