9 azərbaycanlı Xersondan Bakıya təxliyə edilib

9 azərbaycanlı Xersondan Bakıya təxliyə edilib
7 May 2022
Mətni dəyiş
Ukraynanın Xerson vilayətini məcburən tərk etmiş 9 azərbaycanlı Azərbaycana təxliyə edilib, Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər. Qurumun məlumatına görə, həmin şəxslər öncə  Moskvaya, oradan isə Bakıya təyyarə ilə yola salınıb. Onların ikisi Ukrayna, yeddisi  Azərbaycan vətəndaşıdır. Soydaşlarımızın hərbi əməliyyatlar zonasından çıxarılması Azərbaycan dövlətinin hesabına həyata keçirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun