Mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla növbəti görüşü keçiriləcək. Bu barədə cümə axşamı, mayın 19-da Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bu, belə formatda üçüncü görüş olacaq. İlk görüş 2021-ci ilin dekabrında, ikinci görüş bu ilin aprelində keçirilib. Hər dəfə tərəflər sülh müqaviləsi imzalamaq və sərhədlərin demarkasiyası istəklərini bildirən bəyanatlar imzalayırdılar.
Azərbaycan tərəfi hələlik Brüsseldə keçiriləcək görüşə münasibət bildirməyib.