“Əl-Cəzirə” telekanalında çalışan jurnalistin öldürüldüyü bildirilir.
Müxbir Şirin Abu Aklenin İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma zamanı aldığı güllə yarasından həlak olduğu iddia olunur.
Bildirilir ki, 51 yaşlı jurnalist İsrail əsgərlərinin açdığı atəş nəticəsində başından güllə yarası alıb.
İsrail ordusu isə “Twitter”də məlumat yayıb ki, jurnalistlərin Fələstin silahlılarının açdığı atəş nəticəsində yaralanması ehtimalı araşdırılır.
Telekanalın yaydığı məlumata görə, Şirin Abu Akle İordan çayının Qərb sahilindəki Cenin qaçqın düşərgəsində güllələnib.
Fələstin Səhiyyə Nazirliyi faktı təsdiqləyib.
“Əl-Cəzirə” qeyd edib ki, müxbir atəşə məruz qaldığı zaman üzərində “Press” yazısı olan jilet olub.
Daha bir jurnalist Əli əl-Səmudinin də yaralandığı bildirilir.
Onun vəziyyəti həkimlər tərəfindən stabil olaraq qiymətləndirilir.