7 May 2022
Mətni dəyiş
Əfqanıstanda hakimiyyətdə olan Taliban qadınların geyimi ilə bağlı yeni qərar çıxarıb.
AFP xəbər verir ki, bu barədə Talibanın ali lideri Heybətulla Axundzadə qərar verib.
Qərara əsasən, qadınların ictimai yerlərdə niqab geyinməsi məcburidir. Bu, Taliban hakimiyyəti ələ keçirdikdən sonra qadınların həyatına tətbiq edilən ən sərt nəzarətlərdən biridir.
Niqab geyinməyənlər üçün bir sıra cəzalar nəzərdə tutulur.