8 Aprel 2022
Mətni dəyiş
Ukrayna Prezidenti Vladimir Zelenski yeni videomüraciət yayımlayıb. Prezident yeni videoda xüsusilə qeyd edib ki, Rusiya hərbçiləri cinayətlərini gizlətmək üçün öldürülən mülki şəxslərin cəsədlərini yox edirlər.
“Siz hələ Mariupolda nə etdiklərini görməmisiniz. Orada, demək olar ki, hər küçədə dünyanın Buçada gördüyü şeylər var”, - Zelenski bildirib.
Ukrayna prezidenti onu da əlavə edib ki, Kiyev vilayətində rus hərbçilərinin bir neçə həftədir yerləşdiyi Borodyanka qəsəbəsində də çoxlu sayda mülki şəxs həlak olub.
Zelenski Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə çağırıb. “Əgər dünyada hər kəs biz ukraynalıların ən azı on faizinin cəsarətinə malik olsaydı, o zaman beynəlxalq hüquqa heç bir təhlükə qalmazdı. Xalqların azadlığı üçün heç bir təhlükə olmazdı”.