4 Aprel 2022
Mətni dəyiş
Ukrayna Prezidenti Vladimir Zelenski mülki əhalinin qətliamına dair sübutların tapıldığı Buçaya gedib.
BBC xəbər verir ki, Ukrayna lideri məhv edilmiş Rusiya texnikasının olduğu yola baxış keçirib, yerli sakinlərlə söhbət edib.
O deyib ki, Rusiya Ukraynada hərbi cinayətlər törədir.
BBC müxbirinin "hələ də Rusiya ilə sülh danışıqlarının mümkünlüyünü düşünürsünüzmü" sualına Zelenski belə cavab verib: "Bəli, çünki Ukrayna sülh tapmalıdır. Biz 21-ci əsrin Avropasındayıq. Diplomatik və hərbi səylərimizi davam etdirəcəyik".
Rusiya öz hərbi qüvvələrinin Buçadakı qırğınlarda iştirakını inkar edir.