11 Aprel 2022
Mətni dəyiş
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının tutmağa çalışdığı Mariupolda müharibə zamanı on minlərlə insanın həlak olduğunu bildirib. O, bu barədə Cənubi Koreya parlamentində çıxışı zamanı bildirib.
Zelenski həmçinin deyib ki, Rusiya yeni hücum üçün on minlərlə əsgər toplayır. Söhbət çox güman ki, Rusiyanın Donbassdakı hücumundan gedir.
Rusiya qoşunları Mariupolun mühasirəsinə martın əvvəlində başlayıb. Artıq ayın ortasında şəhər rəhbərliyi onun 80-90 faiz dağıldığını və ölənlərin sayının minlərlə olduğunu bildirib.
Aprelin 7-də Mariupol meri Vadim Boyçenko bildirib ki, şəhərdə azı 5 min nəfər ölüb.
Müharibədən əvvəl Mariupolun əhalisi təxminən 430 min nəfər idi. Mer Vadim Boyçenkonun sözlərinə görə, aprelin əvvəlində şəhərdə 100 minə yaxın insan qalıb.