19 Aprel 2022
Mətni dəyiş
Yeni Zelandiya Mərkəzi Bank, ˝Sberbank˝, ˝Alfa Bank˝ və Rusiyanın digər 15 kredit təşkilatı və maliyyə qurumlarına qarşı sanksiyalar tətbiq edib. Xarici işlər naziri Nanaya Maxutanın müraciəti hökumətin saytında dərc olunub.
Sanksiya siyahısına həmçinin ˝VTB˝, ˝Qazprombank˝, ˝VEB˝, ˝RosSelXozBank˝, ˝Rossiya˝ Bankı, ˝Otkritie˝ Bank, ˝MKB˝, ˝Sovkombank˝, ˝SMP Bank˚, ˝Qara Dəniz İnkişaf və Yenidənqurma Bankı˝, ˝Genbank˝, ˝Sənaye Əmanət Bankı˝, ˝Novikombank˝, ˝Rusiya Milli Kommersiya Bankı˝ və ˝Rusiya Birbaşa İnvestisiya Fondu˝ daxildir.
“Bu sanksiyalar, xüsusən də Ukraynaya davam edən işğalı maliyyələşdirən təşkilatlara iqtisadi və siyasi təzyiqlər tətbiq etmək məqsədi daşıyır. Bu son sanksiyalar paketi ilə Yeni Zelandiya prezident Putini və onun qanunsuz işğalını maliyyələşdirən sistemi ciddi şəkildə cəzalandırmaq üçün dünya ölkələrinə qoşulur”, - Maxuta əlavə edib.