Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ bölgəsində qaz verilişi dayanıb.
“Sputnik Armeniya”ya xəbər verir ki, “Qazprom Armeniya” hazırda borunun bərpası üzərində işləyir.
Qaz verilişinin dayandırılmasına səbəb yol tikintisi ilə bağlı aparılan işlər olub.
Qeyd olunub ki, aprelin 2-də Gorus-Qafan avtomobil yolunda inşaatçılar 13,5-ci kilometrdə boruya ziyan vurublar. Nəticədə qaz kəmərinin qollarından biri Qarabağa getdiyi üçün Gorus, Qafan, eləcə də sülhməramlıların müvəqqəti yerləşdirildiyi Qarabağ bölgəsinin sakinləri qazsız qalıb.