25 Aprel 2022
Mətni dəyiş
ABŞ ˝Milli Media Qrupu˝nun direktorlar şurasının sədri Alina Kabayevaya qarşı sanksiyalar paketi hazırlayıb, lakin onun icrasını indiyədək təxirə salıb, ˝The Wall Street Journal˝ mənbələrə istinadən yazır.
ABŞ Maliyyə Nazirliyinin rəsmilərindən biri nəşrə bildirib ki, bunun səbəblərindən biri Rusiya prezidenti Vladimir Putinin buna “aqressiv reaksiya” verə biləcəyi qorxusudur.
WSJ mənbələrinin məlumatına görə, Vaşinqton hesab edir ki, Kabayevaya qarşı sanksiyaların tətbiqi “Rusiya ilə ABŞ arasında gərginliyin daha da artmasına” səbəb ola bilər.
Nəşrin yazdığına görə, ABŞ rəsmiləri hesab edirlər ki, Kabayeva Putinin “ən azı üç övladının” anasıdır və o, “Putinin xaricdə şəxsi sərvətinin gizlədilməsində” mühüm rol oynaya bilər.
Eyni zamanda, Vaşinqton etiraf edir ki, istənilən halda sanksiyalar Ukraynada hərbi əməliyyatların dinamikasına təsir etməyəcək, WSJ qeyd edir.
“Biz maksimum effekt əldə etmək üçün bu sanksiyaların nə vaxt tətbiq olunacağını təhlil etməyə davam edirik”, - deyə mənbələrdən biri bildirib.