İmişli rayonunun həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin işi üzrə məhkəmə istintaqı davam edir. Növbəti proses aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.
Prosesdə şahid qismində dindirilən bir neçə şəxs bildirib ki, onlar müxtəlif məsələlərin həlli üçün icra başçısına rüşvət veriblər. Hətta vəzifəli şəxslər də bildiriblər ki, vəzifəyə gəlmək və ya vəzifədə qalmaq üçün icra hakimiyyətinin müxtəlif vəzifəliləri vasitəsilə icra başçısına rüşvət veriblər.Şahid Mütəllim Qədirovun sözlərinə görə, ev almaq üçün şəhid ailəsi olaraq İmişli Rayon İcra Hakimiyyətinə müraciət edib, "şirinlik" kimi 10 min manat qarşılığında ikiotaqlı ev ala bilib.
Məhkəmənin növbəti iclası aprelin 4-nə təyin edilib.
Hacıyev 2020-ci ildə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. O, külli miqdarda rüşvət və korrupsiyada ittiham olunur.