18 Aprel 2022
Mətni dəyiş
Fevralın 24-də Rusiyanın hərbi müdaxiləsindən bəri 4,9 milyondan çox insan Ukraynanı tərk edib. Bu barədə “İnterfaks” BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının portalına istinadən xəbər verib.
Qurum aydınlaşdırıb ki, 2,7 milyondan çox insan Polşa ilə sərhədi keçib, 743 mindən çox ukraynalı Rumıniyaya, daha 522,4 min qaçqın isə Rusiyaya gedib.
461 mindən çox ukraynalı qaçqın Macarıstana, 423,8 min nəfər isə Slovakiyaya getmək qərarına gəlib.
BMT-nin hesablamalarına görə, Belarus Ukraynanı tərk edən 23,4 min nəfəri qəbul edib.
Bir müddət əvvəl Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko bildirmişdi ki, Ukraynadan olan bir çox qaçqın xarici pasportları olmadığı təqdirdə artıq ölkəni tərk edə bilməyəcək. Bunu ancaq döyüş əməliyyatlarının getdiyi bölgələrdən qaçan ukraynalılar edə bilər.
Bundan əvvəl Ukrayna vətəndaşları bir ay yarım ərzində pasportsuz Avropa İttifaqına sərbəst getmək imkanına malik idilər.