Rusiyanın Ukraynaya hücumundan sonra ən azı 1973 sivil şəxs həyatını itirib, 2439-u yaralanıb, 4 milyon 503 min 954 şəxs isə qonşu ölkələrə qaçqın düşüb.
Bu barədə məlumatı Birləşmiş Millətlər Təşkilatı (BMT) yayıb. Məlumatda qeyd olunur ki, qaçqınların yarıdan çoxu müvəqqəti olaraq Polşa ərazisində məskunlaşıblar. Qonşu ölkələr arasında Polşada (2 milyon 593 min 902), Rumıniyada (686 min 232), Macarıstanda (419 min 101), Moldovada (410 min 882), Rusiyada (404 min 418) Slovakiyada (314 min 485) və Belarusada (19 min 96) ukraynalı qaçqın məskunlaşıb.Fevralın 24-dən etibarən Azərbaycana gələn Ukrayna vətəndaşlarının ümumi sayı açıqlanıb. Hələlik bu sonuncu rəsmi açıqlamadır.
Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, müharibə başlayandan indiyədək Azərbaycana 6 163 Ukrayna vətəndaşı daxil olub.