Tofiq Yaqublu Ukraynaya dəstək aksiyası keçirməyə cəhd edib

Tofiq Yaqublu Ukraynaya dəstək aksiyası keçirməyə cəhd edib
18 Aprel 2022
Mətni dəyiş
Aprelin 18-də Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu Ukraynaya dəstək məqsədilə Bakıda – “Ukrayna” dairəsində təkadamlıq aksiya keçirməyə cəhd edib. Bu barədə Tofiq Yaqublu özü Meydan TV-yə deyib. Tofiq Yaqublu bildirib ki, polislər onun aksiya keçirməsinə imkan verməyiblər. Onun sözlərinə görə, “Ukrayna” dairəsinə çatanda artıq polislərin ora toplaşdığını görüb: “Mən Ukrayna bayrağı ilə əraziyə çatanda polislərlə qarşılaşdım. Hətta Nigar Həziyə də şəklimi çəkməyə imkan vermədilər”. “Hansı əsasla mane olduqlarını soruşduqda cavab verdilər ki, rəhbərlik belə tapşırıq verib. Görün, hansı absurd vəziyyət yaranıb ki, bayraqla şəkil çəkməyə də icazə vermirlər”, – deyə Yaqublu bildirib. Tofiq Yaqublu qeyd edib ki, ona qarşı hər hansı inzibati cəza tətbiq olunmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun