Finlandiya 2022-ci ilin iyununda NATO-ya üzvlük üçün müraciət edəcək.Bu barədə "The Times" yazıb.
Britaniya qəzeti yazır ki, İsveç də Şimali Atlantika Alyansına qoşulmaq niyyətini açıqlayacaq.
Amerika hökumətindəki mənbənin nəşrə verdiyi məlumata görə, Finlandiya və İsveçin NATO-ya daxil olması Şimali Atlantika Alyansına üzv ölkələrin xarici işlər nazirlərinin danışıqlarında müzakirə olunub.
NATO-nun Finlandiya və İsveçi əhatə edəcək genişlənməsinin kəşfiyyat məlumatlarının toplanması da daxil olmaqla, ittifaqın imkanlarını xeyli genişləndirəcəyi gözlənilir.
Neytral statusa malik Finlandiya və İsveçin NATO-ya qoşulma ehtimalı Rusiyanın Ukraynaya müdaxiləsindən sonra fəal müzakirə olunmağa başlayıb.
NATO-ya üzv ölkələrin Müdafiə Nazirləri Şurasının martın ortalarında Brüsseldə keçirilən iclasında xüsusilə İsveç və Finlandiyanın nümayəndələri iştirak ediblər.