1 Aprel 2022
Mətni dəyiş
Suriyadan ən azı 300 hərbçi Rusiyaya gəlib və onlar Ukraynaya göndərilməzdən əvvəl orada təlim keçirlər. Bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
Qəzet yazır ki, söhbət Suriyadakı müharibə zamanı Rusiya hərbçiləri ilə əməkdaşlıq edən Suriya ordu bölmələrinin əsgərlərindən gedir.
Suriyada Ukraynaya göndərilmək üçün tərtib edilən siyahılarda artıq minlərlə adın olduğu bildirilir. Namizədləri göndərməzdən əvvəl Suriya və Rusiya kəşfiyyat xidmətləri onları yoxlayır, məqalədə qeyd olunub.
Rusiyanın Suriya muzdlularını Ukrayna ilə müharibəyə göndərmək planları barədə məlumatlar martın əvvəlində ortaya çıxıb. Rusiya hakimiyyəti də öz növbəsində Yaxın Şərqdən olan 16 min könüllünün DXR və LXR-yə kömək etmək istəyini açıqlayıb.