Rusiya İrandan gələn qaçaqmalçıların köməyi ilə Ukraynadakı müharibə üçün İraqdan silah-sursat alıb. Bu barədə Britaniyanın “The Guardian” qəzeti yazır. Nəşr məlumatı İraqdakı Xalq Səfərbərlik Qüvvələrinin və regional kəşfiyyat xidmətlərinin adı açıqlanmayan nümayəndələrindən öyrənib.
İran öz istehsalı olan “Bavar 373” zenit-raket kompleksini Rusiyaya təhvil verib, həmçinin Tehranın əvvəllər Moskvadan aldığı Rusiya istehsalı S-300 hava hücumundan müdafiə sistemini geri qaytarıb”, – deyə transferin təşkilində kömək edən qəzetin mənbəsi bildirib.
Martın 26-da Xalq Səfərbərlik Qüvvələrinin bölmələrindən biri İraqdan İrana əl qumbaraatanları və tank əleyhinə raketlər daşıyıb. İran hərbçiləri yükü dəniz yolu ilə Rusiyaya göndərib, sərhəddən daşınmağa cavabdeh olan bölmənin komandiri bildirib. Aprelin 1-də Xalq Səfərbərlik Qüvvələri Braziliya istehsalı olan iki Astros II reaktiv yaylım atəşi sistemini İrana aparıb.
Bu günlərdə “The Guardian” yazır ki, hərbi yük daşıya bilən üç yük gəmisi İranın Bəndər Ənzəli şəhərindən Xəzər dənizini keçərək Rusiyanın Həştərxan şəhərinə gəlib. Bir gəmi İran, daha iki gəmi Rusiya bayrağı altında üzüb.