Rusiyanın Ukraynaya təcavüzündən sonra 20-yə yaxın Qərb ölkəsi rus diplomatlarını ölkədən çıxardığını bəyan edib. Yalnız aprelin əvvəlindən, Buçada mülki şəxslərin ölümü ilə bağlı məlumatlar yayılandan sonra Rusiyanın müxtəlif ölkələrdəki səfirliklərinin onlarla əməkdaşı persona non qrata elan edilib.
Rusiya Xarici İşlər Nazirliyi hər bir belə hala cavab verəcəyini vəd edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov rus diplomatların ölkədən çıxarılması qərarını “uzaqgörən olmayan addım” adlandırıb və əlavə edib ki, bu, “sabitlik üçün lazım olan ünsiyyəti çətinləşdirəcək”.
Aprelin 1-dən etibarən rus diplomatlarının ölkədən çıxarılacağını elan edən ölkələr
Bolqarıstan - 1
Danimarka - 15
İspaniya - 25
İtaliya - 30
İsveç - 3
Fransa – təxminən 30
Almaniya – təxminən 40
Litva və Latviya - diplomatik münasibətlər aşağı salınıb, Rusiyanın Vilnüsdəki səfiri ölkədən çıxarılıb.
Ukraynada müharibə başlayandan bəri 250-dən çox rus diplomatı persona non-qrata elan edilib.