Siyasi fəal 7 il 6 ay azadlıqdan məhrum edilib

Siyasi fəal 7 il 6 ay azadlıqdan məhrum edilib
29 Aprel 2022
Mətni dəyiş

AXCP tərəfdarı, Müsavat Partiyasının keçmiş üzvü Laçın Vəliyev 7 il 6 ay azadlıqdan məhrum edilib.  Bu barədə məlumatı Vəliyevin vəkili Nemət Kərimli verib. Laçın Vəliyev Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - külli miqdarda törədildikdə) maadəsi ilə günahlandırılıb. O, 2021-ci ildə həbs edilib. Laçın Vəliyev vəkilinə bildirib ki, ondan AXCP Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanova qarşı ifadə almaq tələb olunub. Bu tələblərdən imtina etdiyinə görə cəzalandırılıb. Vəliyev və yaxınları bütün ittihamları rədd edir, həbsin siyasi səbəblərdən olduğunu deyirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun