Sabah Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayır

Sabah Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayır
21 Aprel 2022
Mətni dəyiş

Aprelin 22-də Azərbaycanın Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı başlayacaq. 2 gün davam edəcək tədbirdə diasporun gələcək fəaliyyəti müəyyənləşdirilməsi və mühüm qərarların qəbul edilməsi gözlənilir. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edəcək. "Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, "Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr", "Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri" mövzularında müzakirələrin təşkili planlaşdırılır", - deyə məlumatda qeyd olunub. Sabah ba.layacaq tədbirdə ölkə prezidenti İlham Əliyevin də iştirak edəcəyi gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun