Ukrayna ərazilərinə işğal əməliyyatından sonra dünya ölkələrində Rusiyaya qarşı bir sıra addımlar atılır. Bu dəfə Polşa parlamentində Rusiya əleyhinə qanun layihəsi qəbul edilib.
"Ukraynaya qarşı hücumu dəstəkləyənlərlə mübarizə və milli təhlükəsizliyin təmin edilməsi" başlıqlı yeni qanunda qeyd olunur ki, Ukraynaya qarşı tıcavüzü dəstəkləyən şəxslərin və təşkilatların Polşa ərazisindəki sərvətləri müsadirə ediləcək.
445 millət vəkili qanun lehinə, mühafizəkarlardan olan 11 millət vəkili isə əleyhinə səs verib.
Rusiyanın Ukraynaya hücumunu dəstəkləyən hər cür simvollardan istifadəni və hər cür təbliğat fəaliyyətini cinayət hesab edən qanun Rusiyadan kömür idxalını da qadağan edir.
Polşa müharibə dövründə Avropa İttifaqının (Aİ) sanksiyaları altına düşən şəxslər və təşkilatların ölkə ərazisindəki fəaliyyətini təftiş edib və onlarla məxsus 38.5 milyon dollarlıq əmlakı müsadirə edib.