Rusiyanın bəzi media orqanları da Qərbin sanksiyaları altına düşüb. Bu barədə Avropa İttifaqı məlumat yayıb. Məlumata görə, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Oleq Dobrodeyev, “Moskovski Komsomolets”in baş redaktoru Pavel Qusev və TASS-ın baş direktoru Sergey Mixaylov məhdudiyyətlərə məruz qalıblar.
Sankt-Peterburq telekanalının baş direktoru Aleksandr Malkeviç və “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko, “Krasnaya Zvezda” media holdinqinin prezidenti Aleksey Pimanov və “Komsomolskaya Pravda” media qrupunun baş redaktoru və baş direktoru Vladimir Sunqorkin də sanksiayalar altına düşənlərdəndir.
Sanksiyalara Aİ-dəki aktivlərin dondurulması və təşkilata üzv ölkələrinə giriş qadağası daxildir.