Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkədəki fəaliyyətini dayandıran "Netflix" Rusiyadakı istifadəçilər tərəfindən məhkəməyə verilib.
Platformanın Rusiyadakı istifadəçiləri bildiriblər ki, "Netflix" ölkədə fəaliyyətini dayandırmaqla müqaviləni birtərəfli pozub. Açılan kütləvi məhkəmə işində şikayətçilər platformadan ümumilikdə 60 milyon rubl (1 milyon 242 min manat) təzminat tələb edirlər. "Netflix" hələlik xəbərə reaksiya verməyib. Rusiyanın Ukraynaya işğal əməliyyatından sonra ölkə beynəlxalq birliyin ağır sanksiyaları altına düşüb. Bir çox xarici şirkət Rusiya ərazisindəki fəaliyyətinə son verib. Rusiya təmsilçiləri beynəlxalq idman yarışlarından və mədəniyyət tədbirlərindən uzaqlaşdırılıblar.