Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə hücumu nəticəsində 5 nəfər sivil şəxs öldürülüb, 13 nəfər yaralanıb.
Bu barədə məlumatı Xakrov şəhərinin hərbi həkimi Maksum Kustov açıqlayıb. Ukraynanın şərqindəki Zolote qəsəbəsinə hava hücumu nəticəsində 2 sivil şəxs öldürülüb, 4 nəfər yaralanıb. Hücumla bağlı verilən açıqlamada qeyd olunub ki, hücumun ardından bir binanın 2 mərtəbəsi tamamilə dağılıb. Müharibə başlayandan bəri minlərlə sivil şəxs Rusiya hərbçiləri tərəfindən qətlə yetirilib. Rusiya ordusu Ukraynanın Buça şəhərində yüzlərlə ukraynalını avtomat silahlarla vuraraq öldürüb. Dünya liderləri Rusiyanı Soyqırımda ittiham edirlər.