5 Aprel 2022
Mətni dəyiş
Rusiya ilə Ukrayna arasında sonuncu əsir mübadiləsi 86 nəfərlik 86 nəfərlik formatda baş tutub. “RİA Novosti” xəbər verir ki, bu məlumatı Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova təsdiqləyib.
Rusiya Ombudsmanı mübadilənin nə vaxt baş verdiyini dəqiqləşdirməyib. Onun sözlərinə görə, əvvəlcə mübadilə siyahılarında ˝Rosatom˝-un 4 əməkdaşı var idi, lakin son anda Ukrayna tərəfi onları xaric edib. Kiyev ˝Rosatom˝-un işçilərini hərbi olmayan ukraynalılarla dəyişməyi xahiş edir.
Mübadilə haqqında ilk çıxış edən Ukrayna baş nazirinin müavini İrina Vereşçuk olub. Onun sözlərinə görə, hadisə aprelin 1-də baş verib. O qeyd edib ki, azad edilmiş 86 ukraynalı əsgərdən 15-i qadındır.
Moskalkova bildirib ki, məhbuslar arasında ondan çox rusiyalı dənizçi də var. Bundan əlavə, Moskva 90 yük maşınının geri qaytarılması üzərində işləyir.
Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri münaqişə tərəfləri bir neçə əsir mübadiləsi aparıblar. İlk mübadiləni - Melitopol meri İvan Fedorov doqquz rus hərbi əsiri ilə dəyişdirilib- Moskva martın 21-də təsdiqləyib. Kiyev bu barədə daha əvvəl məlumat vermişdi. Üç gündən sonra hər iki tərəf 10-un 10-a sxemi ilə daha bir mübadiləni təsdiqləyib.