26 Aprel 2022
Mətni dəyiş
Rusiya Xarici İşlər Nazirliyi İsveçin Moskvadakı səfirliyinin üç diplomatını persona non-qrata elan edib. Bu barədə qurumun saytında bildirilir.
Press-relizdə deyilir ki, bu qərar üç rusiyalı diplomatın ölkədən çıxarılmasına cavab olaraq qəbul edilib. Xarici İşlər Nazirliyi qeyd edib ki, bu, həm də “İsveç tərəfindən Kiyev rejiminə hərbi dəstək verilməsi və ukraynalı millətçilərin Donbass və Ukraynanın mülki əhalisinə qarşı cinayətlərini ört-basdır edilməsi” ilə bağlıdır.
Bundan əvvəl Rusiya cavab olaraq Bolqarıstan səfirliyinin diplomatlarını persona non qrata elan edib.
Rusiya diplomatlarının ölkədən çıxarılması ilə bağlı qərarlar Danimarka və İtaliyanın Xarici İşlər Nazirlikləri tərəfindən qəbul edilib. Almaniya, Fransa, Hollandiya, Belçika, Çexiya, İrlandiya, Litva, İspaniya, Yunanıstan, Norveç, Lüksemburq, Portuqaliya və Yaponiya da bu barədə məlumat verib.