Rusiya sülhməramlıları erməni deputatları Qarabağa buraxmayıb

Rusiya sülhməramlıları erməni deputatları Qarabağa buraxmayıb
13 Aprel 2022
Mətni dəyiş

Ermənistan parlamentinin üzvləri Azərbaycanın Qarabağ ərazisinə buraxılmayıblar. Bu barədə ölkənin yerli mətbuatında məlumat yayılıb.

Bildirilib ki, müxalifət qanadından olan 14 deputat Seyran Ohanyanın rəhbərliyi ilə Xankəndiyə germək istəyib, ancaq Rusiya sülhməramlıları deputatları Laçın dəhlizində bir az saxladıqdan sonra geri göndərib. Məlumatda qeyd olunub ki, səfər Qarabağda yaşayan ermənilərə dəstək məqsədi daşıyırmış və 17 millət vəkili müstəqillik çağırışlarına töhfə vermək istəyirmiş. 

Qeyd olunub ki, erməni deputatların Qarabağa girişi Bakının tələbi ilə bağlanıb. Bəzi məlumatlara görə, Azərbaycan tərəfi bildirib ki, Qarabağ ərazisinə keçən istənilən erməni deputat həbs olunacaq.

Hələlik məsələ ilə bağlı rəsmi açıqlama yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun