Rusiya səfirliyi qarşısında etiraz edən bağbanın işdən çıxarıldığı bildirilir

Rusiya səfirliyi qarşısında etiraz edən bağbanın işdən çıxarıldığı bildirilir
14 Aprel 2022
Mətni dəyiş

Aprelin 12-də Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin qarşısında keçirilən etiraz aksiyasına qoşulan müəllim, aksiyaya qədər bağban işləyən Ənvər Ağamalızadənin işdən çıxarıldığı bildirilir. 

Bu barədə "Müdafiə Xətti" hüquq müdafiə təşkilatı məlumat yayıb.

Məlumata görə, Ənvər Ağamalızadə mitinqdə iştirakdan sonra 4 saat polisdə saxlanılıb və repressiyaya məruz qalıb. Ona işdən çıxarıldığı bildirilib.

"Ənvər Ağamalızadə 43 il müəllim işləyib. Hazırda Azərbaycan Demokratiya və Rifah Partiyasının fəal üzvüdür. Neftçilər parkında bağban işləyirdi. Ötən gün partiyadaşları ilə birlikdə Rusiya səfirliyi önündə aksiyada fəallıq edib, Putinin barəsində sərt sözlər işlədib. Buna görə polisin təqibinə məruz qalıb. 4 saat Suraxanı RPİ-nin 32-ci Polis Bölməsində saxlanıldıqdan sonra sərbəst buraxılıb. Daha sonra Suraxanı rayon Mənzil İstismar İdarəsi onu bağban işindən çıxarıb", - deyə məlumatda qeyd olunub.

Aprelin 12-də Azərbaycan Demokratiya və Rifah Partiyası (ADR) Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin qarşısında Rusiyanın Ukraynaya hücumuna etiraz olaraq aksiya keçirib. Polis aksiyaya müdaxilə edib və partiya fəalları səfirliyin önünə buraxılmayıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun