30 Aprel 2022
Mətni dəyiş
Rusiya Federasiyasının Maliyyə Nazirliyi aprelin 29-da “Rusiya-2022” və “Rusiya-2042” avrobondları üzrə öhdəliklərini dollarla yerinə yetirdiyini açıqlayıb. Vəsaitlər ˝Citibank˝ ödəniş agentliyinə köçürülüb.
"Beləliklə, suveren avrobondlara xidmət üzrə öhdəliklər emissiya sənədləri ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq yerinə yetirilib", - məlumatda deyilir.
Söhbət 4 aprel tarixinə öhdəliklərdən gedir. Ayın əvvəlində Maliyyə Nazirliyi onları dollarla icra edə bilməyəcəyini bildirib, çünki müxbir bank xarici valyutada olan sifarişləri icra etməkdən imtina edib. Bildirilib ki, ABŞ Maliyyə Nazirliyi Rusiyanın dondurulmuş hesablarından istiqrazların ödənilməsinə qadağa qoyub.
Nəticədə qurum ödənişləri Milli Hesablaşma Depozitarına köçürməklə rublla öhdəliklərini yerinə yetirmək qərarına gəlib. ˝Moody's˝ bunun istiqraz buraxılışının şərtlərində dəyişiklik olduğunu və defolt sayıla biləcəyini bildirib. Defoltdan qaçmaq üçün Maliyyə Nazirliyi mayın 4-dək ödənişləri dollarla etməli olub.