Rusiya hərbçilərinin girov götürdüyü azərbaycanlı tələbənin azad olunacağı deyilir

Rusiya hərbçilərinin girov götürdüyü azərbaycanlı tələbənin azad olunacağı deyilir
12 Aprel 2022
Mətni dəyiş

Ukraynada Rusiya hərbçilərinin girov götürdüyü azərbaycanlı tələbə Hüseyn Abdullayev azad olunacağı deyilir.

Bu barədə onun atası Amil Abdullayev məlumat verib. O bildirib ki, Hüseyni Azərbaycanın diaspor nümayəndələrinə təhvil vermələri barədə Rusiya hərbçiləri ilə razılıq əldə olunub:

"Hazırda oğlumun təhvil verilməsi ilə bağlı hazırlıqlara başlanılıb. Oğlum girov saxlanıldığı ərazidən çıxarılaraq 130 kilometrlik məsafədə yerləşən Zaporojye şəhərində Azərbaycan diaspor nümayəndələrinə təhvil veriləcək".

Neftçala rayon sakini H.Abdullayev Ukraynada ali təhsil alırdı. O, ötən ay sığınacaqdan çıxaraq avtomobillə Mariupol şəhərini tərk etmək istəyərkən Rusiya hərbçiləri tərəfindən girov götürülmüşdü.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun