Rusiya həbsxanasındakı müsəlman məhkumlar işgəncələrə etiraz olaraq aclıq aksiyası keçiriblər

Rusiya həbsxanasındakı müsəlman məhkumlar işgəncələrə etiraz olaraq aclıq aksiyası keçiriblər
15 Aprel 2022
Mətni dəyiş
Rusiyanın Ulyanovsk vilayətində yerləşən Dimitrovqrad həbsxanasında əsasən Çeçenistan və İnquşetiyadan olan oruc tutan müsəlman məhkumlara işgəncə verilməsinə etiraz olaraq, yüzə yaxın məhbus aclıq aksiyası keçirib və damarlarını kəsib. Bu barədə ˝Gulagu.net˝ insan haqları layihəsi məlumat yayıb. Hüquq müdafiəçiləri yeddi qurbanın adını müəyyənləşdiriblər. Onlardan biri - Rasanbek Bekmurzaev aldığı xəsarətlərdən sonra təcili tibbi yardım üçün müşayiət altında şəhər xəstəxanasına aparılıb. Müsəlman məhkumların döyülməsi zamanı digər məhbuslar da həmrəylik əlaməti olaraq biləklərini kəsiblər. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, Şimali Qafqaz respublikalarından olan məhbusların - mühacirlərin axtarışı zamanı Federal Penitensiar Xidmətin maskalı döyüşçüləri Quran kitablarını və namaz xalçalarını məhv edib, həmçinin oruc tutan məhkumları təhqir ediblər. Həbsxana əməkdaşları arasından şahidlərin dediyinə görə, təhlükəsizlik qüvvələri onlara “Ukraynaya getmisiniz deyə, elə bilirsiniz Rusiyanın müdafiəçisi olmusunuz?” deyə qışqırıb. Hüquq müdafiəçiləri Federal Penitensiar Xidmətin departamentini, müstəntiqləri və Ulyanovsk vilayətinin prokurorunu istintaq təşkil etməyə və məhbusların döyülməsinə, qeyri-insani rəftara görə məsuliyyət daşıyanların cəzalandırılmasına çağırıblar. Bunun üçün ˝Gulagu.net˝ aprelin 12-dən 15-dək həbsxananın videoarxivlərinin açılmasını xahiş edir. Hüquq müdafiəçiləri də Dimitrovqrad həbsxanasına gedərək orada araşdırma aparması təklifi ilə “özünü postsovet məkanında müsəlmanların az qala əsas müdafiəçisi kimi təqdim edən” Çeçenistan rəhbəri Ramzan Kadırova müraciət ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun