18 Aprel 2022
Mətni dəyiş
“Human Rights Watch” hüquq müdafiə təşkilatının saytı Rusiyada əlçatmaz olub. Bu barədə “İnterfaks” xəbər verir.
Aprelin 17-də Baş Prokurorluğun tələbi ilə HRW saytının “Ukrayna: hərbi əməliyyatlardan qaçan mülki şəxslər Rusiyanın hücumu zamanı ölür” başlığı ilə xəbər dərc edən səhifələrindən biri bloklanmış saytların reyestrinə əlavə edilib.
Rəsmi olaraq sayt tam bloklanmayıb, lakin https protokolunun istifadəsi səbəbindən səhifələrdən birinin bloklanması bütün saytın əlçatmazlığına gətirib çıxarır.
Aprelin 8-də Rusiya Ədliyyə Nazirliyi ˝Human Rights Watch˝-un Rusiya ofisini bağlayıb. Departament öz qərarını “mövcud qanunvericiliyin pozulmasının aşkarlanması” ilə izah edib.