13 Aprel 2022
Mətni dəyiş
Ermənistan hökuməti hesab edir ki, Yerevan və Bakı tezliklə sülh sazişi bağlamalıdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Azərbaycanla tezliklə sülh sazişinin bağlanması Ermənistanın gündəmindədir.
Paşinyan bildirib ki, aprelin 30-dək Yerevan və Bakı sərhədlərin delimitasiyası komissiyasının üzvlərini təyin etməlidir.
"Bildirmək istərdim ki, hazırda komissiyanın formatı üzərində işləyirik. Ən geci aprelin 30-dək komissiyanın tərkibini dəqiqləşdirməliyik. Bu müddət ərzində müvafiq rəsmilərimiz Azərbaycan tərəfi ilə birgə çalışmalıdırlar ki, bu məsələyə nail olunsun. təşkilati məsələlərlə bağlı saziş imzalanıb”, - deyə o qeyd edib.
Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası prosesi, respublikanın baş nazirinin fikrincə, yaxın vaxtlarda mümkün qədər tez həyata keçirilməlidir.
Paşinyan onu da əlavə edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır.