Pakistanın Baş naziri İmran Xan istefa verib. Bu barədə Pakistan hökuməti məlumat yayıb.
Ölkə konstitusiyasının 224-cü maddəsinə uyğun olaraq, o, yeni Baş nazir təyin olunanadək vəzifəsini icra edəcək. 15 gün ərzində yeni Baş nazir vəzifəsinə başlamalıdır.
“Pakistan Konstitusiyasının 48-ci maddəsinin 1-ci bəndi ilə 58-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq Pakistan Prezidenti tərəfindən Milli Assambleyanın buraxılması nəticəsində İmran Xan Pakistanın Baş naziri vəzifəsini tutmağı dayandırıb”, - Nazirlər Kabinetinin məlumatında vurğulanıb.
İmran Xan martın 3-də açıqlama verib ki, o, ABŞ-ın Pakistanın daxili məsələlərinə kobud müdaxiləsi nəticəsində vəzifəsini itirib. Pakistan 90 gün ərzində yeni seçkilərə getməlidir. Qanuna görə bu müddət ərzində ölkəni müxalifətin də iştirak etdiyi keçid hökuməti idarə edəcək.